“Tramp marşutu”nun tikintisi bu tarixdə başlayacaq

“Tramp marşutu”nun tikintisi bu tarixdə başlayacaq

Biz Amerika tərəfi ilə çox intensiv işləyirik və 2026-cı ilin ikinci yarısında tikinti başlayacaq.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada TRIPP – Tramp İnkişaf və Rifah Yolu barədə danışarkən məlumat verib.

“Ümid edirəm ki, yaxın həftələrdə ilk sənədimiz olacaq. Gələn il beynəlxalq tərəfdaşlarımızın Ermənistana səfərləri ilə dolu olacaq”, – nazir bildirib.

Müxalifətin Rusiya və İranın TRIPP-ə qarşı olduğuna inanması ilə bağlı sualı cavablandıran Mirzoyan belə cavab verib:

“Bu insanlara qulaq asmayın, yalandır. İranlı həmkarlarımız suallar verdilər, biz cavab verdik və indi həm biz, həm də İran nəqliyyat dəhlizlərinin açılması imkanlarını görürük”.

Teqlər: