Tramp Kiyevi buna məcbur edə bilər – Stavridis

Tramp Kiyevi buna məcbur edə bilər – Stavridis

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kiyevi Rusiyanın tərkibinə daxil olmuş regionlardan əl çəkməyə məcbur edə bilər.

AzerTimes xəbər verir ki, bunu NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis deyib.

“Mən inanıram ki, Tramp hər iki tərəfi danışıqlar masasına oturtmaq üçün təzyiq göstərəcək. Nəticədə Rusiya indi onun nəzarəti altında olan əraziləri saxlayacaq. Ərazilərin bir hissəsindən imtina etməklə Ukrayna üçün NATO-ya sərbəst yol açılacaq. Fikrimcə, bu, ən pis nəticə deyil və Ukrayna böhranı yəqin ki, belə başa çatacaq”, – Stavridis bildirib.

Teqlər: