Donald Tramp prezident seçilərsə, Ukraynaya hərbi dəstəyi artıra bilər və bu məsələdə Co Bayden administrasiyasından qat-qat fəal mövqe tutacaq.
AzerTimes xəbər verir ki, bunu Tokio Universitetinin hərbi problemlər üzrə mütəxəssisi Dayske Kavai deyib.
“Prezident Co Bayden administrasiyası təmkinli mövqe tutur, NATO vasitəsilə Ukraynada eskalasiya səviyyəsini artırmaq, NATO ilə Rusiya arasında toqquşma istəmir. Lakin Tramp bu siyasəti dəyişə bilər. Seçki kampaniyası zamanı o, seçiləcəyi təqdirdə ABŞ-ın Ukraynaya hərbi dəstəkdən çıxa biləcəyindən danışıb, amma reallıqda bunun baş verməsi ehtimalı azdır. Mənim fikrimcə, Trampın rəhbərliyi altında Ukraynaya daha yüksək səviyyəli hərbi yardım, o cümlədən oyunu dəyişdirən və hərbi əməliyyatların gedişatını kökündən dəyişdirə biləcək silahlar veriləcək. Trampın prezidentlik dövründəki siyasi müşavirləri də bu fikrdədir”.