Tramp kimləri vəzifəyə təyin edir? – Ermənilər sevinir

Tramp kimləri vəzifəyə təyin edir? – Ermənilər sevinir

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın yüksək vəzifələrə təklif etdiyi namizədlər Ermənistanda ümidlər yaradıb.

AzerTimes xəbər verir ki, demokratları dəstəkləyən və Kamala Harrisin qələbəsinə yatırım edən ABŞ-dakı erməni diasporunun fiaskosu və Donald Trampın seçilməsi erməni ekspertlərin ciddi narahatlığına səbəb olmuşdusa, yeni administrasiyada yüksək vəzifələrə namizədlikləri irəli sürülən şəxslər erməni ekspertlərdə ümid yaradıb.

AzerTimes xəbər verir ki, erməni ekspert Suren Sərkisyan hətta Ermənistan üçün “yeni üfüqlər” açıldığını iddia edib.

“Trampın gələcək administrasiyası çox sürətlə formalaşır. Dövlət katibi vəzifəsinə namizəd Vaşinqtonda Çinə qarşı sərt mövqeyin tərəfdarlarından olan senator Marko Rubiodur. Rubionun erməni icması və təşkilatları ilə yaxşı əlaqələri var. O, dəfələrlə Türkiyə və Azərbaycana qarşı sərt siyasətin tərəfdarı olduğunu bildirib.

Təhlükəsizlik müşaviri vəzifəsinə namizəd konqresmen Mayk Valsdır. Vaşinqtonun Çinə qarşı ən sərt tərəfdarlarından biridir. O, dəfələrlə Türkiyə və İrana qarşı sərt siyasətin tərəfdarı kimi çıxış edib.

İcra hakimiyyətinin səmərəli işinin təşkili şöbəsinə İlon Mask və ermənipərəst Vivek Ramasuami rəhbərlik edəcək.

Milli kəşfiyyata qatı ermənipərəst olan Tulsi Qabbard rəhbərlik edəcək.

Erməni gündəmini irəli sürməkdə erməni icması, erməni təşkilatları, lobbiçilər və kilsə üçün yeni üfüqlər açılır”, – o bildirib.

Teqlər: