Donald Tramp kiçik Robert Kennedi ilə görüşərək namizədliyini geri götürməsini və onu dəstəkləməsini xahiş edib.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
Kennedinin sözçüsü məlumatı təsdiqləyərək prezidentlik yarışından geri çəkilmənin gündəmdə olmadığını və Trampla görüşdə milli məsələlərin müzakirəsinin aparıldığını bildirib.
Sözçü eyni zamanda Demokratlar Partiyasının nümayəndələri ilə də görüşlərin nəzərdə tutulduğunu qeyd edib.