Tramp ittiham olunduqca pul da sel kimi axır…

Tramp ittiham olunduqca pul da sel kimi axır…

Nyu Yorkdakı böyük münsiflər heyətinin Donald Trampa maliyyə sənədlərinin saxtalaşdırılması işində ittiham elan etməsindən sonrakı iki həftə ərzində sabiq prezident kampaniya üçün 15,4 milyon dollar alıb.

AzerTimes xəbər verir ki, bu barədə Trampın seçki qərargahına istinadən CNN telekanalı məlumat yayıb.

Tramp kampaniyasının nümayəndələrinin fikrincə, ianələrin bu qədər artması ona qarşı ittihamlar irəli sürüldükdən sonra tərəfdarların eks-prezidentin ətrafında necə toplaşdığını göstərir:

“Problemlər Trampa həm siyasi, həm də maliyyə baxımından xeyir verib”.

Teqlər: