ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Arkanzas ştatının keçmiş qubernatoru Mayk Hakabinin İsraildəki səfiri vəzifəsinə namizədliyini irəli sürüb.
AzerTimes xəbər verir ki, bu barədə Trampın keçid komandasının məlumatında deyilir.
“Mayk Yaxın Şərqə sülh gətirmək üçün yorulmadan çalışacaq”, – deyə o bildirib.
Qeyd edək ki, səfirliyə namizədlər ABŞ Konqresinin Senatı tərəfindən təsdiqlənir.