
ABŞ Prezidenti Donald Tramp İran ərazisinə ordu göndərmək niyyətində deyil.
AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nəşrin məlumatına görə, Ağ Evdə Tehran üzərində mümkün hərbi təsir variantları müzakirə olunur. Lakin rəsmi şəxslər qeyd edir ki, hərbi zərbələr əks təsir yarada, xalqı birləşdirə və ya İrandan hərbi cavab reaksiyasına səbəb ola bilər.
Qeyd edək ki, bəzi media orqanları Tramp administrasiyasının İrana hərbi müdaxilə ilə bağlı variantları müzakirə etməsi barədə informasiyalar yaymışdı.

