Tramp “insan alverçisini” nazir təyin edir

Tramp “insan alverçisini” nazir təyin edir

ABŞ-da prezident seçkilərində qalib gələn Donald Trampın ədliyyə naziri vəzifəsinə respublikaçı Mett Qetzi seçməsi müzakirələrə səbəb olub.

AzerTimes xəbər verir ki, Tramp özünə məxsus “Truth social” platformasında Konqresin Floridadan olan respublikaçı üzvü Qetzi Ədliyyə Nazirliyinə namizəd olaraq göstərib:

“Mett Ədliyyə Nazirliyindəki sistemli korrupsiyanı ləğv edəcək, nazirliyi cinayətlə mübarizəyə təşviq edərək, demokratiyamızı, konstitusiyamızı qoruma missiyasına geri qaytaracaq. O, yeni ədliyyə naziri olaraq ABŞ sərhədlərini qoruyacaq, cinayətkar dəstələri aradan qaldıracaq, Amerika xalqının nazirliyə olan inam və güvənini yenidən bərpa edəcək”.

CNN televiziyası Trampın bu təklifini “şok seçim” kimi dəyərləndirib. Bildirilib ki, Qetz təhrikedici çıxışları ilə siyasi gündəmə gəlir. O, insan alverində ittiham edilsə də, bu ittiham akta keçməyib. “Foks Nyus”a danışan başqa bir respublikaçı konqres üzvü Kevin Kramerin sözlərinə görə, Qetz Senatın təsdiqindən keçməyə bilər.

Teqlər: