Tramp heç vaxt “Twitter”ə qayıtmayacağını bildirib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp heç vaxt “Twitter”ə
qayıtmayacaq.

Trend xəbər verir ki, bu barədə keçmiş prezidentin açıqlamasında
deyilir.

“Təklifə görə minnətdaram, amma mən heç vaxt “Twitter”ə
qayıtmayacağam”, – deyə D.Tramp bildirib.

Onun sözlərinə görə, o, özünün “Truth” sosial şəbəkəsində olmağa
üstünlük verir.

Eyni zamanda D.Tramp hesab edir ki, sahibkar İlon Maskın sosial
şəbəkə üçün ödəməyə hazır olduğu məbləğ çox yüksəkdir.

ABŞ-ın keçmiş prezidenti iddia edir ki, yalnız axmaq insan bu
qiymətə “Twitter”i alar. “İlon isə axmaq deyil”.