Tramp-Harris “dueli”: mərcə 3,2 milyard qoyuldu

Tramp-Harris “dueli”: mərcə 3,2 milyard qoyuldu

Amerika bukmeker kontorları Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın seçkilərdə qalib gəlmək şanslarını yüksəldib.

AzerTimes xəbər verir ki, bu barədə “Polymarket” onlayn platformasından məlumat verilib.

Məlumata görə, Trampın qalib gəlmək şansı 60.3 faiz, Kamala Harrisin isə 41.3 faiz göstərilib.

Portal bildirib ki, hazırda prezident seçkilərinə pul qoyuluşları 3.2 milyard dolları ötüb.

Qeyd edək ki, ABŞ-da prezident seçkisi bu gün keçirilir.

Teqlər: