Donald Tramp Ağ Evə qayıdarsa, nəyin bahasına olursa olsun, Ukraynada sürətli sülhə nail olmağa çalışacaq və bu problem olacaq.
AzerTimes xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto deyib.
“İnanıram ki, o, ABŞ siyasi xəttini dəyişdirəcək, işi tez bir zamanda bağlamaq üçün Putinlə şəxsi dialoqu bərpa edərək, sülhə nail olmağa çalışacaq. Bu isə problem ola bilər. Beynəlxalq hüquq bir kənara qoyulsa, ən güclülərin hüququ üstünlük təşkil edəcəkdir. Bu yanaşma həm Ukraynadakı, həm də Fələstindəki müharibəyə aid olacaq”, – nazir bildirib.