Aşkar edilmiş sənədlər məxfilikdən çıxarılıb və axtarış aparıb onları ələ keçirməyə ehtiyac olmayıb.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş Prezidenti Donald Tramp deyib.
O, Floridadakı mülkündə axtarışlar zamanı tapılan sənədləri Federal Təhqiqat Bürosuna (FTB) könüllü olaraq verməyə hazır olduğunu bildirib.
“Onlar siyasət oynamadan və Mar-a-Lago-ya girmədən istənilən vaxt bunu əldə edə bilərdilər. FTB bu sənədləri təhvil verməsini yalnızca xahiş edə bilərdi”.
Qeyd edək ki, FTB sabiq prezidentin evində 11 məxfi sənəd aşkarlayıb.