Tramp Florida ştatında fövqəladə hallar rejimi elan etdi

Tramp Florida ştatında fövqəladə hallar rejimi elan etdi

ABŞ prezidenti Donald Tramp “İsayya” qasırğasının yaxınlaşmasına görə Florida ştatında fövqəladə vəziyyət rejimini elan edib.

Bu barədə (Vaşinqonda yerləşən) Ağ Evin mətbuat xidməti bildirib.

“Prezidentin qərarı Daxili Təhlükəsizlik Nazirliyinə, Fövqəladə İdarəetmə üzrə Federal Agentliyə fövqəladə vəziyyətin səbəb olduğu yerli əhalinin çətinliklərini və əziyyətlərini yüngülləşdirmək üçün bütün təcili cavab tədbirlərini əlaqələndirmək səlahiyyəti verdi”, – mətbuat xidmətindən bildirilib.

Bundan başqa, xəbərdə qeyd edilir ki, Fövqəladə İdarəetmə üzrə Federal Agentlik fövqəladə vəziyyətin fəsadlarının yumşaldılması üçün avadanlıq və resurslarını səfərbər edə bilər.