Nyu York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı “Trump Organization” aktivlərinin qiymətləndirilməsində fırıldaqçılıqla bağlı mülki işdə təqsirli bilib.
AzerTimes xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, Tramp mülki işə görə təxminən 355 milyon dollar təzminat ödəməlidir.
Bundan əlavə, Trampın Nyu Yorkda hər hansı korporasiyanın əməkdaşı və ya direktoru kimi fəaliyyət göstərməsi üç il müddətinə qadağan ediləcək.