ABŞ-nin keçmiş prezidenti Donald Tramp Feysbuka qayıdıb.
AzerTimes xəbər verir ki, bu barədə Tramp sözügedən sosial şəbəkədə elan edib.
Amerikalı siyasətçi keçmiş çıxışlarından fraqmentləri əks etdirən videoçarx paylaşıb.
“Gözlətdiyimə görə üzr istəyirəm. Çətin işdir, çox çətin”, – çarxdakı çıxışlarından birində bildirib.
Xatırıladaq ki, 2021-ci il yanvarın 6-da tərəfdarlarının Kapitoliyə hücumundan sonra Trampın hesabı Feysbukda əngəllənmişdi.