Tramp etməsə belə, Kiyevi tək qoymayacağıq – Almaniya

Tramp etməsə belə, Kiyevi tək qoymayacağıq – Almaniya

Əgər Donald Tramp ABŞ-dakı prezident seçkilərində qalib gəlsə və Ukraynaya hərbi yardım göstərməsə, Almaniya yenə də Kiyevə dəstəyini davam etdirəcək.

AzerTimes xəbər verir ki, bunu Almaniyanın iqtisadiyyat naziri Robert Habek deyib.

“Bəli, bu halda biz Ukraynanı tək qoymayacağıq. ABŞ-ın köməyi olmasa, Ukrayna həqiqətən də nəyisə çatışmayacaq, lakin bu, qalan müttəfiqləri daha da sıx əməkdaşlığa təşviq edəcək”, – Habek bildirib.

Teqlər: