Tramp elan etdi: Andiçmədən dərhal sonra ilk qərarı…

Tramp elan etdi: Andiçmədən dərhal sonra ilk qərarı…

ABŞ-ın yeni Prezidenti Donald Tramp 2025-ci il yanvarın 20-də andiçmə mərasimindən dərhal sonra ilk qərarının nə olacağını açıqlayıb. Tramp ilk iş günündə Kanada, Meksika və Çindən idxal olunan bütün mallara əlavə rüsum tətbiq edəcək. O, bu barədə “Truth Social” platformasında yazıb.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Donald Tramp prezident kimi səlahiyyətlərinin ilk günündə Kanada və Meksikadan gətirilən mallara 25 faiz, Çindən gətirilən mallara isə əlavə olaraq 10 faiz rüsum tətbiq edəcək:

“Belə çıxır ki, Tramp Çini iki qonşusu – Meksika və Kanadadan fərqləndirmir. Tramp bu iki ölkədən ABŞ-a “narkotiklərin və cinayətkarlığın misli görünməmiş səviyyədə daxil olduğunu” iddia edib. Trampın sözlərinə görə, iki qonşusuna qarşı yüksək rüsum yalnız narkotik ticarəti və qanunsuz miqrasiya sona çatdıqdan sonra ləğv ediləcək.

Bu Trampın Meksika və Kanadaya təzyiq alətidir. O hesab edir ki, Meksika və Kanada onun qaldırdığı problemləri həll etmək iqtidarındadır.

Tramp Kanada və Meksika ilə yanaşı, Çindən də ABŞ-a narkotik maddələr daşındığı qənaətindədir. Trampı narazı salan odur ki, adını çəkdiyi ölkələr onun Ağ Evin sahibi olduğu illərdə xəbərdarlıqlarını nəzərə almayıblar. Misal üçün Tramp deyib ki, Çinlə ABŞ-a göndərilən böyük həcmdə narkotiklər, xüsusən də fentanil (sintetik opioid) haqqında çoxlu söhbətlər aparıb, ancaq bu danışıqların heç bir nəticəsi olmayıb.

Trampın yenidən Ağ Evə qaydışı xəbərdar etdiyi dövlətləri hərəkətə gətirməlidir. Kanada, Meksika və Çin ABŞ-ın əsas ticarət tərəfdaşları olduğundan bu böyük bazarı itirmək istəməzlər”.

Teqlər: