Ağ Evin keçmiş rəhbəri Donald Tramp ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosini Tayvana səfər etmək qərarına görə tənqid edib.
AzerTimes xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
“Doğurdanmı başdanxarab Nensi Pelosi Tayvandadır? Bu qadın həmişə problem yaradır. Belə bir səfər yalnız Pekini qəzəbləndirəcək. Və bu, Çinlə ABŞ arasında münasibətlərin ciddi şəkildə korlanmasına gətirib çıxaracaq”, – Tramp bildirib.
O xatırladıb ki, əvvəllər də spikerin heç bir təşəbbüsü ölkəyə yaxşı heç nə gətirməyib:
“Çini qəzəbləndirmək cəhdi də yaxşı heç nəyə gətirib çıxarmayacaq. Yaxın gələcəkdə bu cür tələsik addımın mənfi nəticələrini görmək mümkün olacaq”.