ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra ilk həftədə Co Baydenin sərəncamlarını ləğv edəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Trampın prezidentlik kampaniyasının mətbuat katibi Karolina Levitt “Foks Nyus”a müsahibəsində deyib.
“Birinci Tramp administrasiyasının effektiv siyasət yolunu pozmaq üçün Bayden və Kamala Harris tərəfindən imzalanan bütün icra sərəncamları ləğv ediləcək”, – o bildirib.
Söhbət Ağ Evin hazırkı rəhbərinin imzaladığı 94 sənəddən gedir. Levittin fikrincə, bu fərmanlar “miqrasiya və iqtisadi böhran”a səbəb olub.
O əlavə edib ki, Tramp işə başladığı ilk günlərdə onlarla yeni sərəncam imzalayacaq.