Tramp da ABŞ-da seçkinin saxtalaşdırıldığını demişdi

Tramp da ABŞ-da seçkinin saxtalaşdırıldığını demişdi

ABŞ Venesuelada keçirilən seçkilərin saxtalaşdırıldığını iddia edir. Donald Tramp 2020-ci ildə keçirilən seçkilərin nəticələri ilə bağlı çoxsaylı etirazlar etdi, nəticələrin saxtalaşdırıldığını gündəmə gətirdi. Sonda səslər yenidən sayıldımı?

AzerTimes xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

O bildirib ki, ABŞ ikili siyasət yürüdür:

“Heç kəs bizim daxili işlərimizə qarışmasın. ABŞ Venesuelada əvvəlki illərdə olduğu kimi, müxalifətdən istifadə edərək çevriliş etməyə çalışır. Bu cəhdləri Xuan Quaydo (keçmiş müxalifət lideri) ilə də sınaqdan keçirdilər. İndi başqa aktyorlar tapıblar. Əgər biz tez və güclü tədbir görməsəydik, buranı qan gölünə çevirəcəkdilər”.

O əlavə edib ki, Ali Ədalət Məhkəməsinə müraciət edərək, seçkinin saxtalaşdırıldığı ilə bağlı iddiaların araşdırılmasını istəyib.

Teqlər: