ABŞ-ın keçmiş prezidenti Donald Tramp CNN-ə qarşı təqribən yarım milyard dollar təzminat tələbi ilə məhkəməyə müraciət edib.
AzerTimes xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.
“Tramp telekanalı diffamasiyada ittiham edib və indi onun dəydiyi ziyanı 475 milyon dollar qiymətləndirir”, – məlumatda deyilir.
Trampın vəkili isə hesab edir ki, kanalın hücumları Trampın 2024-cü ildə yeni prezidentlik müddətinə namizəd ola biləcəyi ilə bağlı qorxular fonunda güclənib.