ABŞ Prezidenti Co Baydenlə yeni seçilmiş prezident Donald Tramp arasında görüş səlahiyyətlərin sülh yolu ilə keçidi çərçivəsində baş tutacaq.
AzerTimes xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“Yeni seçilmiş prezident Tramp Ağ Evə gələcək, çünki prezident onu hakimiyyətin keçidi, hakimiyyətin dinc yolla ötürülməsi çərçivəsində dəvət edib”, – deyə o qeyd edib.