Tramp bu vərdişi ilə ABŞ-ın sirlərini yaya bilər – Axios

Tramp bu vərdişi ilə ABŞ-ın sirlərini yaya bilər – Axios

ABŞ Prezidenti Donald Tramp və onun administrasiya üzvlərinin şəxsi telefonlardan istifadə vərdişləri onları fırıldaqçılar və xarici kəşfiyyat agentləri ilə bağlı təhlükələrə məruz qoya bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Axios” yazıb.

Nəşrin fikrincə, bu vərdiş telefon dələduzluğu və müxtəlif növ saxtakarlarlıqlar üçün əlverişli şərait yaradır.

Ağ Evdə isə başqa cür düşünürlər. Onların fikrincə, Trampın şəxsi telefonundan istifadə etmək meyli onu ABŞ tarixində ən “şəffaf” və “ünsiyyətə açıq” prezident kimi qiymətləndirməyə imkan verir.

Teqlər: