Tramp bu ölkədən başqa hər kəs üçün tarifləri qaldırdı

Tramp bu ölkədən başqa hər kəs üçün tarifləri qaldırdı

ABŞ Prezidenti Donald Tramp idxal olunan polad və alüminium üçün rüsumları 25%-dən 50%-ə qədər artıran sərəncam imzalayıb.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

Tariflər may ayında ABŞ-la ticarət müqaviləsi imzalayan Böyük Britaniyadan başqa bütün ölkələr üçün qaldırılıb. Böyük Britaniya üçün polad və alüminiuma tariflər 25% səviyyəsində qalıb.

Ağ Ev tariflərin artırılmasını milli təhlükəsizliyə xələl gətirən ticarət təcrübələri ilə mübarizə tədbiri adlandırıb.

Teqlər: