Tramp Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-ın nüfuzunun minimuma endiyini deyib

Cozef Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-ın dünyada nüfuzu tarixi minimuma enib.

AzerTimes-ın məlumatına görə, bunu “BG News” telekanlının efirində ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.

D.Tramp ABŞın dünyadakı hazırkı rolu ilə bağlı suala cavabında bildirib: “Mənə elə gəlir ki, Amerika indi bütün tarixinin ən aşağı nöqtəsindədir. Düşünmürəm ki, biz nə vaxtsa belə vəziyyətdə olmuşuq, artıq bizə hörmət etmirlər”.


Sabiq prezident bildirib ki, onun dövlət başçısı vəzifəsindən getməsindən sonra Vaşinqtonun təsirinin zəifləməsi fonunda bütün dünyada beynəlxalq vəziyyət gərginləşib: “Bizim Rusiya ilə heç bir problemimiz yox idi, Şimali Koreya lideri Kim Çen Inla da çox yaxşı anlaşırdıq”.

D.Tramp hazırkı ABŞ prezidentinin yaşıl enerji siyasətini də tənqid edib. Onun sözlərinə görə, “ABŞ-ın düşmənləri” ölkənin neft və qaz ehtiyatlarından istifadə etməsinə mane olur, “Amerika biznesini son dərəcə əlverişsiz vəziyyətə salırlar”.