CBS Co Baydenlə Donald Tramp və Kamala Harrislə Donald Trampın ölkədəki reytinqi ilə bağlı sorğu keçirib.
AzerTimes xəbər verir ki, sorğunun Bayden və Trampla bağlı hissəsində iştirakçıların 52%-i Trampa, 47%-i isə Baydenə səs verəcəyini bildirib. Harris və Trampla bağlı hissənin nəticələrinə görə isə Harris səslərin 48%-ni, eks-prezident 51%-ni toplayıb.
Kanal eyni zamanda 3 iyulda aparılan sorğu ilə son sorğunun nəticələrini müqayisə edib. Məlum olub ki, Baydenin topladığı səslər 1% azalaraq 47%-ə düşüb, Tramp isə səslərini 2% artıb və 52%-ə qalxıb.
Bayden topladığı səsə görə Harrisdən də geridə qalıb.