Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə razılaşmanın mümkünsüz olduğunu anlayacaq.
AzerTimes xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.
Consonun sözlərinə görə, Trampın seçkilərdəki mümkün qələbəsindən panikaya düşmək lazım deyil, çünki xələfi Barak Obamadan fərqli olaraq, o, Ukraynaya silah verən ilk şəxs idi:
“Tramp nə vaxtsa Putinlə danışıqlar aparmağa qadir olduğunu düşünə bilər, amma başa düşəcək ki, Putinlə heç bir sövdələşmə mümkün deyil. Ona görə də düşünürəm ki, sonda o, demokratiyanın qorunmasına kömək edəcək və Ukraynanı dəstəkləyən bir prezident olacaq. Ukraynaya yardımın əleyhinə olan ultra-respublikaçılara gəlincə, düşünürəm ki, bu, prezident seçkilərindən sonra dəyişəcək”.