Tramp ABŞ prezidenti postu uğrunda mübarizəya qatılacağını istisna etmiyib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkə başçısı postu uğrunda
mübarizəya qatılacağını istisna etmiyib.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, ABŞ Milli Atıcılar Assosiasiyasının
Texasda keçirilən toplantısında çıxış edən Ağ Evin keçmiş rəhbəri
qeyd edib ki, 2020-ci ildə iğtişaşlar zamanı Demokrat
qubernatorlara Minneapolis, Çikaqo və Portlenddə problemi təkbaşına
həll etməyə icazə verib.

“Yenidən prezidentliyə namizəd olsam və qalib gəlsəm, artıq bu
qaydalara riayət etmək məcburiyyətində qalmayacağam. Mən, indiyə
qədər heç kimin etmədiyi kimi zorakılıqla bağlı olan cinayətlərin
qarşısını alacam”, – eks-prezident bildirib.

Xatırladaq ki, 2020-ci ilin yaz və yayında afroamerikalı Corc
Floydun ölümü ilə əlaqədar ABŞ-ın onlarla şəhərində kütləvi
etirazlar baş vermiş, daha sonra iğtişaşlar və polislə toqquşmalar
qeydə alınmışdı.