İran Premyer Liqasının ilk həftəsinin ən həssas oyunu hesab edilən “Traktor”- “Sepahan” qarşılaşması avqustun 10-u, yerli vaxtla saat 19:00-da İsfahanın “Nəqş Cahan” stadionunda keçirilib.
AzerTimes xəbər verir ki, İran mediası qarşılaşma xəbərini “Ulduzların döyüşü” başlığı altında dərc edib.
Gərgin şəraitdə keçən və oyunçular arasında qarşıdurmalarla müşayiət olunan matçda “Traktor” komandası 3-1 hesabı ilə məğlub olub.
Hiddətlənən “Sepahan” azarkeşləri isə Azərbaycan dilində dəstək şüarları səsləndirən “Traktor” azerkeşlərinə partlayıcı maddələr atıb. Nəticədə bir neçə nəfər yaralanıb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.