“Traktor” klubunun tərəfdarları, ictimai fəallar Məhvəş Nuri və Zəhra Fətəlizadə Gilan əyalətinin Ənzəli şəhərinin təhlükəsizlik idarəsinə çağırılıblar.
AzerTimes xəbər verir ki, bu barədə fəallar özləri məlumat yayıblar.
Çağırışın adıçəkilən fəalların “Traktor” və “Mələvan” komandaları arasında keçirilən görüşdə yaranan qarşıdurma ilə bağlı olduğu bildirilir.
Rəşt və Germi şəhərindən olan xanım fəallar görüş zamanı stadionda “Mələvan” komandasının tərəfdarları tərəfindən döyülüb və təhqir olunublar.
“Traktor” komandası bununla bağlı İran Futbol Federasiyasına şikayət etsə də, məsələ ilə bağlı tədbir görülməyib.