Oktyabrın 21-də Təbrizin “Traktor” klubu Qəzvinin “Şəms Azər” komandası ilə qarşılaşıb.
AzerTimes xəbər verir ki, Təbrizin “Səhənd” stadionunda keçirilən oyun 3-2 hesabı ilə qəzvinlilərin xeyrinə başa çatıb.
Bu məğlubiyyətlə “Traktor” turnir cədvəlinin 3-cü pilləsinə enib. Hazırda komandanın 12 xalı var.
Oyun zamanı stadiona toplaşan azarkeşlər plakat açaraq azərbaycanlı məhbus fəalların azadlığa buraxılmasını tələb ediblər.