“Traktor” növbəti matçını keçirdi

“Traktor” növbəti matçını keçirdi

Cənubi Azərbaycanın “Traktor” komandası İran çempionatında növbəti matçını keçirib.

AzerTimes xəbər verir ki, Təbriz təmsilçisi öz meydanında “Aluminium Arak”la görüşüb. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, Təbriz klubu 33 xalla 5-ci, “Aluminium Arak” 29 xalla 6-cıdır. Turnir cədvəlinə 39 xalla “Sepahan” başçılıq edir.

Teqlər: