“Traktor” əzəli rəqibini Tehranda məğlub etdi

“Traktor” əzəli rəqibini Tehranda məğlub etdi

Təbrizin “Traktor” klubu İran çempionatında növbəti qələbəsini qazanıb.

AzerTimes xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 10-cu turda Tehranda əzəli rəqibi hesab edilən “İstiqlal”la üz-üzə gəlib. Təbriz təmsilçisi meydan sahiblərini 2-0 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra xallarını 19-a çatdıran “Traktor” liderliyini davam etdirir.

Teqlər: