“Traktor” cərimələndi, oyunçusu töhmət aldı

“Traktor” cərimələndi, oyunçusu töhmət aldı

İran Futbol Federasiyasının İntizam Komitəsi Təbrizin “Traktor” futbol klubunu bir milyard rial cərimələyib.

AzerTimes xəbər verir ki, buna klubun “Sepahan”la keçirilən görüşdən öncə azarkeşlərə pulsuz bilet paylaması səbəb olub.

Məlumata görə, “Traktor” klubu ümumi davranış prinsiplərini pozduğuna (oyun qaydalarının pozulması), biletləri pulsuz elan etdiyinə və Təbrizin “Səhənd” stadionunun tutumundan artıq tamaşaçı qəbul etdiyinə görə cərimələnib.

Qeyd olunub ki, “Traktor”un kapitanı Şüca Xəlilzadəyə də bu oyunda idmana yaraşmayan hərəkətlərə yol verdiyinə görə yazılı töhmət verilib.

Teqlər: