Xəbər - Fidan Babayeva – Trend:
TRACECA hökumətlərarası komissiyasının daimi katibliyi konteyner yüklərinin dəmiryolu və tranzit daşımalarına böyük diqqət ayırır.
Trend-in məlumatına görə, bunu TRACECA-nın baş katibi Aset Asavbayev deyib.
O bildirib ki, dəhlizin multimodallığı və bu marşruta daxil olan ölkələrin milli inkişafı nəqliyyat siyasətinin uyğunlaşdırılması və daşımalar üçün uyğun şərtlərin yaradılması məsələlərində böyük səylər tələb edir. Asiya, Avropa, Qara dəniz və Qafqaz regionlarında iqtisadi münasibətlərin, ticarətin, nəqliyyat əlaqəsinin inkişafı məqsədilə 1998-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə çoxtərəfli saziş imzalanıb.
Onun sözlərinə görə, bu sazişin normalarını rəhbər tutaraq daimi katiblik tədarük və qiymət baxımından müasir tələblərə cavab verən beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzərində işləyir.
(Tərcümə: Orxan Nəbiyev)