“Trabzonspor” darmadağınla qalib gəldi

“Trabzonspor” darmadağınla qalib gəldi

Türkiyə Superliqasında 29-cu turun növbəti oyunları keçirilib.

AzerTimes xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Dəmirspor” səfərdə “Konyaspor”la qarşılaşıb. Yığmanın qapıçısının əsas heyətdə oynadığı görüş 2:2 hesabı ilə yekunlaşıb.

“Trabzonspor” isə doğma meydanda “Fatih Karagümrük”lə üz-üzə gəlib. Hesabı İstanbul təmsilçisi açsa da, “Bordo-mavililər” geridönüş edərək üç xala 5 qolla nail olub – 5:1.

Günün digər oyunlarında “Alanyaspor” “Sivasspor”u 2:1, “Başakşəhər” isə “Antalyaspor”u 1:0 hesabları ilə məğlub edib.

Qeyd edək ki, turnir cədvəlinə 78 xalla “Qalatasaray” başçılıq edir. Bir oyun az keçirən “Fənərbağça” 73 xalla 2-ci, 49 xalı olan “Trabzonspor” isə üçüncü pillədə qərarlaşıb.

Teqlər: