Trabzonda yeni hava limanı tikiləcək

Trabzonda yeni hava limanı tikiləcək

Türkiyənin Trabzon şəhərində yeni hava limanı tikiləcək.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Nazir bildirib ki, Trabzonda artan sərnişin və turizm sıxlığı ilə bağlı yeni hava limanına ehtiyac var.

Məlumata görə, 2023-cü ilin yanvar-iyul aylarında Trabzon Hava Limanına Azərbaycandan 50, Almaniyadan 260, BƏƏ-dən 598, Bəhreyndən 236, İraqdan 35, İsraildən 59, Qətərdən 57, KKTC-dən 87, Küveytdən 521, Səudiyyə Ərəbistanından 1166, Omandan 488 və İordaniyadan 352 olmaqla, ümumilikdə, 3 min 909 uçuş həyata keçirilib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Trabzon Hava Limanından istifadə edən turistlərin sayı 737 min 137 nəfərə çatıb.

Teqlər: