Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi – Ukraynalı ekspert

Xəbər - Cani Babayeva – Trend:

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Qarabağdakı qanunusuz rejiminin qondarma “xarici işlər naziri” David Babayanla görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi.

Bunu AzerTimes-a ukraynalı ekspert Aleksandr Merejko deyib.

Onun sözlərinə görə, görüş zamanı tərəflər ATƏT Minsk qrupu çərçivəsində danışıqların bərpa olunmasının lazım olduğunu deyib:

“Ermənistan Azərbaycanı danışıqlar aparmağa çağıra bilər, amma bu çağırışa cavab Azərbaycanın suveren iradəsindən asılıdır. Beynəlxalq hüquq baxımından yalnız əvvəllər Ermənistan tərəfindən işğal olunmuş suveren Azərbaycan əraziləri mövcuddur. Avropa İttifaqı rəsmisi kiminləsə görüş barədə qərar verərkən bu faktı nəzərə almalıdır. Beynəlxalq hüquqda Qarabağın statusu birmənalıdır: Azərbaycanın suverenliyi altında olan ayrılmaz tərkib hissəsi”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: