“Toyota” Rusiyadakı avtomobillərini geri çağırdı

“Toyota” Rusiyadakı avtomobillərini geri çağırdı

Yaponiyanın avtomobil istehsalçısı “Toyota” Rusiyaya ötən ilin iyul ayından etibarən satdığı Toyota LC 300, LX 500D və LX 600 modellərindən ibarət 3 min 864 avtomobilini geri çağırıb.

AzerTimes xəbər verir ki, şirkət avtomobillərdə sabitliyinə nəzarət (VSC) funksiyasında yaranan problemdən dolayı belə addım atıb.

Belə ki, bütün avtomobillərin əyləc sistemi yenidən proqramlaşdırılacaq.

Teqlər: