“Toyota” Rusiyada istehsalı tamamən dayandırır

“Toyota” Rusiyada istehsalı tamamən dayandırır

“Toyota Motor” şirkəti Rusiyadakı yeganə zavodunda avtomobil istehsalını dayandırmaq qərarına gəlib.

AzerTimes xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, avtomobil istehsalçısı mart ayında Sankt-Peterburqdakı zavodunda istehsalı dayandırıb. Buna baxmayaraq, “Toyota” bütün işçilərini ixtisar etmədi və şərait imkan verdikdə zavodu istehsalı bərpa etməyə hazır saxlamışdı.

“Altı aydan sonra biz normal fəaliyyəti bərpa edə bilmədik və gələcəkdə fəaliyyətimizi bərpa edə biləcəyimizə dair heç bir əlamət görmürük” – şirkət bildirib.

Teqlər: