Toylarla bağlı monitorinqləri davam edir – AQTA

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi toylarla bağlı monitorinqləri davam etdirir.

AQTA-dan AzerTimes-a verilən məlumata görə, pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində mütəmadi monitorinqlər həyata keçirir.

Şənlik mərasimlərinin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər 1 iyul tarixindən etibarən aradan qaldırılıb və AQTA aidiyyatı qurumlarla birlikdə monitorinqlər aparır.

Teqlər: