Toylarda vaxt və say məhdudiyyəti aradan qaldırılır

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi
karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti
mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ
Qərargah tərəfindən qərar qəbul edilib

Trend xəbər verir ki, 2022-ci il martın 6-dan şənlik
mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi ilə bağlı
vaxt və say məhdudiyyəti ləğv olunur.

Fəaliyyətinə icazə verilən xidmətlərdən (işlərdən) yalnız
etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd
sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı
təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi
müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər (yaşı 18-dən
aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilər.

Qeyd etmək lazımdır ki, məhdudiyyətlərin ləğv olunması şamil
olunan iş və xidmət sahələrində koronavirus infeksiyasına qarşı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən
edilmiş digər tələblər (girişlərdə COVİD-19 pasportlarının təqdim
olunması, qapalı yerlərdə maskadan istifadə və s.) qüvvədə
saxlanılır.


Tətbiq edilən tələblərə riayət olunmasını təmin etmək məqsədilə
müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək, epidemiya
əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin
pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun
olaraq məsuliyyətə cəlb ediləcəklər.

Koronavirus infeksiyasının yayılmasıının qarşısı almaq məqsədilə
sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara,
habelə metodiki göstərişlərdə qeyd olunmuş tövsiyələrə riayət
olunması zəruridir.

Teqlər: