Toylarda say məhdudiyyətinin artımı müzakirə olunmur – Operativ Qərargah

Xəbər - Elçin Mehdiyev – Trend:

Toylarda say məhdudiyyətinin artım məsələsi müzakirə olunmur.

AzerTimes-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O qeyd edib ki, toy məclislərinə qatılmaq üçün 150 nəfərə icazə verilməsi yetrincə imkan verir ki, həm məclis şənliklə keçirilsin, həm də yoluxmaların qarşısı alınsın.

Teqlər: