Toylara icazə verilir: Qaydalara nəzarət necə olacaq?

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) şadlıq saraylarında pandemiya qaydalarına riayət olunması ilə bağlı monitorinqlər həyata keçirəcək.

Bunu AzerTimes-a AQTA-nın şöbə müdiri Əkbər Əliyev deyib.

O bildirib ki, monitorinq tədbirləri çərçivəsində Operativ Qərargah tərəfindən qoyulan tələblər yerində qiymətləndiriləcək: “Personalın COVİD pasportuna malik olub-olmaması, qoruyucu vasitələrdən istifadə edib-etməməsi, mərkəzin özünün əks-epidemik fəaliyyətin əməkdaşlarımız tərəfindən monitorinqi həyata keçiriləcək”.

AQTA rəsmisi qeyd edib ki, şənlik keçirilən zaman həm şənlik keçirənlər, həm də ictimai iaşənin rəhbərliyi məsuliyyət daşıyır: “Yoluxmaların azalmasına səbəb əks-epidemik tədbirlər və vaksinasiya prosesidir. Bunun nəticəsində müəyyən yumşalmalara gedilib. Bütün bunları nəzərə alaraq vətəndaşlara və sahibkarlara müraciət edirik ki, qoyulan tələblərə ciddi əməl etsinlər. Monitorinqlər zamanı aşkar olunacaq nöqsanlarla bağlı inzibati tədbirlər həyata keçiriləcək. Qoyulacaq tələbləri pozan sahibkarlıq subyektlərinə qarşı sərt tədbirlər görüləcək”.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyulun 1-dən Azərbaycanda toy, nişan, ad günləri kimi mərasimlərin keçirilməsinə icazə verilir.

Teqlər: