Toylara elektron qaydada “pul yazdırmaq” mümkün olacaq

Xəbər - Trend

Toylarda pul yığımının adət etdiyimiz kimi deyil,
elektronlaşdırlmış yeni üsulla həyata keçirən aparat barədə sosial
şəbəkələrdə paylaşım edilib

Məsələ ilə bağlı AzerTimes-a şirkətin direktoru Elşən Quliyev
bildirib ki, “TOYPAY” adlı elektron terminallar və proqram təminatı
toy məclislərində hədiyyə ödənişlərin yığımını asan şəkildə həyata
keçirməyin müasir üsuludur.

“Şirkətin təqdim etdiyi xidmət şadlıq sarayı vasitəsilə toy
sahiblərinə elektron terminalların icarəsini həyata keçirməyə imkan
verir. Terminal seçimi toy sahibindən aslı olacaq. Məcbur deyil.
Restoranlar belə bir aparatı bir toy üçün 200 manata kirayələyə
bilər. Terminallar manatla yanaşı dollar və avro da qəbul
edəcək”.

E.Quliyev bildirib ki, “Toypay” ilə pul yazdırmaq istəyən qonaq,
terminalın ekranında dil seçimini edir, ad, soyadını və qeyd
bölməsini doldurur, təbriklərini qeyd etdikdən sonra məbləği daxil
edir və çek əldə edir. Bu anda ev yiyəsinə email ilə bildiriş
göndərilir ki, filan şəxs sizin toyunuza bu məbləğdə (məsələn 200
AZN – red) pul yazdırdı. Toy bitdikdən sonra isə ev yiyəsi rahat
bir şəkildə bütün məlumatları təhvil alır və artıq saymağa ehtiyac
olmadan sonda nə qədər məbləğin toplandığını bilərək həmin məbləği
terminalın seyfindən əldə edir.

Teqlər: