Xəbər - Samir Əli – Trend:
Baş Prokurorluq Bakıda nikah mərasimindən 3 gün sonra müəmmalı şəkildə ölən şəxslə bağlı məlumat yayıb.
Baş Prokurorluqdan AzerTimes-ın sorğusuna cavab olaraq bildirilir ki, paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.
K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Xatırladaq ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda qeyd edilib ki, Kamil Namazov nikah mərasimindən 3 gün sonra evində ölü tapılıb. Onun qətlə yetirilməsi ilə bağlı fikirlər səsləndirilib.