Toyda yanğın baş verdi: 450 ölü və yaralı

Toyda yanğın baş verdi: 450 ölü və yaralı

İraqın Naynava əyalətində (ölkənin şimalında) baş verən yanğın nəticəsində ölən və yaralananların sayı 450 nəfərə çatıb.

AzerTimes xəbər verir ki, bu barədə İraq Qızıl Aypara Cəmiyyəti X sosial şəbəkəsində məlumat yayıb.

“Toy mərasiminin keçirildiyi zalda baş verən yanğın nəticəsində ölən və yaralananların sayı 450-yə çatıb. Faciə Mosulun şərqində yerləşən Əl-Həmdaniyyə (həmçinin Bəhdida kimi tanınan) şəhərində baş verib”, – məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl “Əl Ərəbiyyə” telekanalı yanğın nəticəsində ölənlərin sayının 120-yə çatdığını, daha 200 nəfərin isə yaralandığını bildirmişdi.

Teqlər: