Toyda qayda pozan 4 nəfər cərimələndi

Xəbər - Samir Əli – Trend:

Dekabrın 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 130 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, monitorinq 126 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

73 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Teqlər: