Toyda musiqi sifarişi üstündə döyüldü: vəziyyəti ağırdır

Toyda musiqi sifarişi üstündə döyüldü: vəziyyəti ağırdır

Ağatafa sakini Göygöldə toyda döyülüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində Ağstafa rayon sakini,1987-ci il təvəllüdlü E.Nəbiyev xuliqanlıq zəmnində döyülərək xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilib.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakink R.Cəlilov saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin musiqi sifarişi üstündə baş verməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: